Məhbus oğluna herion aparan ata saxlanılıb

Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasına narkotik maddə keçirilməsi cəhdlərinin qarşısı alınıb.

Xidmətdən -APA-ya verilən məlumata görə, Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən təqsirli bilinərək həbs edilmiş Ağayev Ceyhun Əzizxan oğlu ilə qısamüddətli görüşə getmiş atası, Şirvan şəhər sakini Ağayev Əzizxan Səlimxan oğlu tərəfindən aparılmış sovqata baxış keçirilən zaman orada olan köynəyində gizlədilmiş 0.717 qram narkotik maddə – heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Sammitə gələn dövlət başçılarının xanımları Heydər Əliyev Mərkəzində olublar – 

Sonrakı məqalə

Milli Şura yeni etiraz aksiyası keçirmək barədə qərar qəbul etdi –