Məktəb direktorunun ad günündə oxuyan Mətanət İsgəndərli cərimələndi

metnet

Bakıda özünə ad günü keçirən qalmaqallı məktəb direktoru Nailə Məmmədovanın məclisində iştirak edən müğənni Mətanət İsgəndərli cərimələnib.

Unikal.org-un əldə etdiyi məlumata görə, müğənni barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsilə protokollar tərtib edilib. Sənətçi 200 manat məbləğində cərimə olunub. Məclisin digər iştirakçılarının da müəyyən edilməsi istiqamətində tədbirlər görülür.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir