Məktəblərdə tədrislə bağlı əsas problemlər açıqlanıb

Təhsil İnstitutu məktəblərdə tədrislə bağlı əsas problemləri açıqlayıb.

İnstitutun direktoru Rüfət Əzizov  bildirib ki, problemləri 3 yerə bölmək olar.

“Onun biri məktəbin özü, idarəetməsi, müəllimlərinin səviyyəsi ilə bağlıdır. Amma eyni zamanda, vurğulamaq lazımdır ki, bunların bəziləri resurs çatışmazlığı ilə bağlıdır. Məsələn, müəllimə deyirik ki, interaktiv dərs keçmək lazımdır. Müəllim də deyir ki, bunu mənə heç vaxt heç kim göstərməyib, bilmirəm necə etmək lazımdır. Bu məsələ bir çox məktəblərdə mövcuddursa, standart problemdir. Bununla bağlı bizim resurs portalımız olacaq və müəllim bütün axtarılan suallara orada cavab tapa biləcək. Bəzən görürük ki, məktəblərdə müəllimlərdə artıq yük var. Məsələn, hansısa jurnalı doldurmaq, yazılar yazmaq və s. Bu məsələləri də toplayırıq, sonradan bunu analiz edəcəyik. Ehtiyac olarsa, böyük, sistemli qərarlar da verilə bilər ki, hansısa iş yükü azaldılmalıdır. Burada ona baxırıq ki, hansı problemi biz, hansı problemi məktəb həll etməlidir”, – direktor vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə
Sonrakı məqalə

AMEA-nın vitse-prezidenti vəzifəsinin icraçısı təyin edilib