“Mən heç bir qırmızı xətt tanımıram” –Bayden Putinə cavab verdi

ABŞ prezidenti Co Bayden Ukrayna məsələsində heç bir qırmızı xəttə hörmət etmədiyini bildirib.

RİA “Novosti”nin xəbərinə görə, dövlət başçısı bunu Vaşinqtondan Merilend ştatına yola düşməzdən əvvəl deyib.
Dövlət başçısı Rusiyanın NATO-nun Ukrayna ərazisində infrastruktur qurması və Rusiya sərhədlərinə yaxınlaşması ilə bağlı xəbərdarlığına da münasibət bildirib: “Mən heç bir qırmızı xətt tanımıram”, deyə Bayden vurğulayıb.
ABŞ rəhbəri, həmçinin rusiyalı həmkarı ilə “uzun söhbətə” ümid etdiyini bildirib: “Biz Rusiyanın hərəkətləri barədə çoxdan məlumatlıyıq. Ümid edirəm Putinlə uzun söhbətimiz olacaq.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

ABŞ prezidenti Bayden soyuqlayıb:

Sonrakı məqalə

Helikopter qəzasında yaralanan hərbçilərimizin vəziyyəti necədir?