“Mən nə vaxt demişəm uşaq pulu verilməsin? Allahdan qorxun!” –Zeynəb Xanlarova "od püskürdü" /VİDEO

SSRİ xalq artisti, görkəmli sənətkar Zeynəb Xanlarova son günlər onunla bağlı sosial şəbəkədə açılmış müzakirələrə reaksiya verib. 

Azpost.info bildirir ki, Zeynəb Xanlarovanın açıqlaması əks olunmuş görüntülər paylaşılıb.

Xalq artsiti ona qarşı deyilən bütün ittihamları rədd edib və bunları iftira adlandırıb: “Mən namuslu ailədən çıxmışam. Heç vaxt xalqımı, dövlətimi heç nəyə satmaram. O qədər açıq danışan adamam ki, xain xislətli adamlar budan istifadə edirlər. Olmayan şeyləri uydururlar. “Müəllimlərin pulu kəsilsin”, “uşaq pulu verilməsin!”. Mənə subut edin görüm mən bu sözləri nə vaxt demişəm?! Milli Məcisin stenoqramlarında belə şey yoxdur. Bununla siz 50 ildə mənim yığdığım sevgini azalda bilməzsiniz. Pilik sizə qalar. Mən xalqımı sevirəm. Məni xalqdan bir ölüm ayıra bilər”.

Z.Xanlarova onun haqqında yalan məlumatları yayan KİV-ləri də qınayıb. “Sən mənimlə danışmadan necə belə deyə bilərsən ki, “uşaqpulu belə gəldi”. Belə çıxır ki, məni istəməyən adam nə yalan desə onu yazmalısan? Allahdan qorxun! Özü də elə eləyirlər ki, xalqın yaralı yeridir uşaq pulu, müəllim maaşı. Mən əksinə müəllimləri dəstəkləmişəm,  Mən heç kimin danışmadığı vaxtda danışmışam. “Müəllim şabalıd satır” demişəm. Bu sözləri deyən Zeynəb heç deyərmi ki, uşaq pulu verməsinlər?! Mən nə vaxt bu sözü demişəm? Məni xalqın gözündən salmaq üçün bu sözləri deyirlər.Belə söz deməmişəm axı! Bilənlər bilir ki, mən o sözün sahibi deyiləm”.

Qeyd edək ki, xalq artistindən bu müsahibəni “Yeni Müsavat” qəzetinin əməkdaşı Elşad Paşasoy götürüb.

Əvvəlki məqalə

Blinken sabah Yunanıstan Baş naziri ilə görüşəcək

Sonrakı məqalə

İranda törədilən terror aktında şübhəli bilinən şəxslər saxlanılıb