Məşhur futbolçu Ronaldo:“Mükafata Messi yox, van Deyk  layiqdir”

“İlin ən yaxşı futbolçusu mükafatına kim layiq idi? Ola bilər ki, van Deyk”.

Bunu Braziliya millisinin sabiq futbolçusu Ronaldo deyib.

“Yekədiş” ləqəbli veteran hücumçu Lionel Messinin FİFA tərəfindən ən yaxşı futbolçu mükafatına layiq görülməsinə münasibət bildirib. Ronaldo argentinalının deyil, Vircil van Deykin bu ada layiq olduğunu qeyd edib: “Vircil inanılmaz futbolçudur. O, ötən mövsümdə yaxşı çıxış edib. Buna görə də düşünürəm ki, van Deyk mükafata Messi ilə müqayisədə daha çox layiqdir”. (APA)

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Həlak olmuş əsgərimizin meyiti neytral ərazidən çıxarıldı

Sonrakı məqalə

Vurğun Əyyub vəfat etdi