Məşhur futbolçu Zlatan İbrahimoviçin heykəlini yıxdılar –İsveçdə vandalizm (FOTO)

“Milan”a transfer olunan Zlatan İbrahimoviçin Malmö şəhərindəki heykəli növbəti dəfə vandalizmə məruz qalıb. Matc.az xarici mətbuata istinadən xəbər verir ki, bir qrup şəxs isveçli futbolçunun heykəlinin ayaqlarını kəsərək, aşırıblar.
Hadisəni törədənlər İbrahimoviçin heykəlinin başına üzərində “İsveç” yazılan sviter də keçiriblər. Heykəlin yaxınlığına isə “götürülsün” sözü yazılıb.
Polis, hadisəylə bağlı araşdırma aparır.
İbrahimoviçin heykəli bundan əvvəl də vandalizmə məruz qalmışdı. Belə ki, bir qrup şəxs hücumçunun heykəlini boyayaraq, yandırmağa cəhd etmiş, burnunu qoparmışdılar.
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Süleymaninin qətlindən 4 saat əvvəl Trampla danışdım” –

Sonrakı məqalə

Türk ordusunun Liviyaya göndərilməsi başlandı –