Məşhur müğənni Beyonsenin 1 milyon dollarlıq paltarları oğurlanıb

Məşhur ABŞ müğənnisi Beyonsenin 1 milyon dollar dəyərində dəyərli əşyaları oğurlanıb.

Bu barədə TMZ onlayn qəzeti hüquq-mühafizə orqanlarındakı mənbələrinə istinadən yazıb.  Mənbələr bildirib ki, Beyonseyə məxsus əşyaların saxlanıldığı anbardan bu ayın əvvəlində oğurluq olub və bu, artıq ikinci oğurluqdur.

Məşhur müğənninin bahalı əl çantaları və paltarları oğurlanıb.

Bildirilib ki, depo müğənninin şirkəti “Parkwood Entertainment”in icarəsində olsa da, oğurlanan əşyaların hamısı Beyonseyə məxsusdur. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

DİN “Qırmızı Kitab”a düşən quşları ovlayanlara qarşı mübarizəyə başlayır-

Sonrakı məqalə

ÜST-in yaratdığı COVAX vəd etdiyi vaksinləri Azərbaycana niyə vermir?