Məşhur rus reperi Qarabağla bağlı dediklərinə görə üzr istədi:"İçkili olmuşam, məni bağışlayın"

44 günlük müharibə zamanı azərbaycanlıları təhqir edən tanınmış rus reperi Aleksandr Timartsev (Restorator) üzr istəyib.

“Lenta.ru”nun məlumatına görə, reper instaqramda paylaşdığı videoda deyib:  “Azərbaycanın bütün sakinləri qarşısında üzr istəyirəm. Yalnız sevgi və hörmət. Mən çox içmişdim, bunu dediyimi xatırlamıram. Sizi çox sevirəm, məni bağışlayın. Bilmirəm ki, bunu niyə demişəm. Bir daha üzr istəyirəm”.

2020-ci ildə çəkilmiş və “TikTok” və bir sıra teleqram kanallarında yayılmış videoda A.Timartsev azərbaycanlıları diz çökməyə və Qarabağı Ermənistana verməyə çağırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Vəzirovun tabutu başında ağlayan qadın kimdir? –

Sonrakı məqalə

KTMT kontingenti Qazaxıstanda mühafizə etdiyi obyektlərdən çıxmağa başlayıb