Məşhur vəkil Adil İsmayılovun vəkillik fəaliyyəti dayandırıldı –SƏBƏB

Azərbaycanın görkəmli vəkillərindən biri olan Adil İsmayılovun vəkillik fəaliyyəti bir illik dayandırılıb.

Azpost.info gununsesi.org-a istinadən bildirir ki, bununla bağlı qərar Vəkillər Kollegiyasının Rəyasət Heyətinin dünən keçirilən toplantısında verilib.

Məşhur vəkilin fəaliyyətinin dayandırılmasına səbəb kimi isə kollegiyanın üzvü Sahil Quliyevin şikayəti olub. Məlumatda bildirilir ki, kollegiya rəhbərliyinə yaxın olan Sahil Quliyev ərizəsində Adil İsmayılovun guya onu təhqir etdiyini göstərib.

Ancaq Adil İsmayılov bu ittihamla razıllaşmadığını, ona böhtan atıldığını desə də buna məhəl qoyulmayıb. Saytımıza açıqlamasında Sahil Quliyev xəbəri təsdiqləsə də məsələnin mediada müzakirəsinə tərəfdar olmadığını deyib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Mübariz Qurbanlı küçədə imam ehsanı verənləri dəstəklədi:

Sonrakı məqalə

şura günü ilə əlaqədar Təzəpir məscidində qanvermə aksiyası keçirilib