Məsud Bərzani Türkiyəyə gəldi, Hakan Fidanla görüşdü

İraqın kürd muxtar vilayətinin rəhbəri Məsud Bərzani Türkiyədə səfərdədir.

Səfər çərçivəsində Bərzani ilə Türkiyənin xarici işlər naziri Hakan Fidanın görüşü olub.

Onun daha sonra Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul ediləcəyi gözlənilir.

Görüşdə ikitərəfli əlaqələr və regional məsələlər, o cümlədən rəsmi Ankara ilə Ərbil arasındakı münasibətlər, Suriyada baş verən son hadisələr, regional təhlükəsizlik və enerji, eləcə də terrorizmə qarşı mübarizə sahəsindəki əməkdaşlıq kimi məsələlərin müzakirə olunacağı ehtimal edilir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.