Mərkəzi Bank 254 hektar torpaq satır- 6 milyona /QİYMƏTLƏR

Azərbaycan Mərkəzi Bankı 3 rayon üzrə balansında olan torpaq sahələrini satışa çıxarıb.

AzPost bildirir ki, bu barədə Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin məlumatında deyilir.

25 fevral 2026-cı il tarixində saat 10:00-a təyin olunmuş hərracda Mərkəzi Bankın Oğuz, Neftçala, Xaçmaz rayonlarındakı balansında olan torpaqları satışa qoyulacaq.

3 rayonun 5 kəndi üzrə olan 254 hektar torpaq sahəsinə 6 milyon 234 min manat qiymət qoyulub.

Ən baha torpaq Oğuz rayonun Muxac kəndindədir. Bu kənddə 18 hektar torpağa 2 milyon 688 min 237 manat istənilir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.