Rusiyanın 90-cı illərdə məşhur olan “Briqada” teleserialının aktyoru Aleksandr Vısokovskinin cəsədi Moskva vilayətində tapılıb.
Azpost.info bildirir ki, TASS agentliyinin təcili yardım xidmətlərinə istinadən verdiyi məlumata görə, 62 yaşlı aktyor Aleksandr Vısokovskinin cəsədi Moskva vilayətindəki Oka çayında tapılıb.
Aktyor digər rollarla yanaşı, “Briqada” və “Turetskinin yürüşü” teleseriallarında, eləcə də “Bumer” filmində rol alıb.