Xəbər verdiyimiz kimi Venesuela müxalifət lideri Maçado ona verilmiş Nobel Sülh Mükafatını ABŞ Prezidenti Trampa təqdim edib.
AzPost bildirir ki, bu Ağ Evdə görüş zamanı baş verib.
FOX TV Trampdan bu hədiyyəni nə üçün qəbul etdiyini soruşub. “Bununla nə etmək istəyirsiniz və başqasının Nobel Mükafatına nə üçün ehtiyac duydunuz?”
Tramp cavabında deyib ki, Maçado bunu təklif edib: “Mən də bunun çox xoş niyyət olduğunu düşündüm. O dedi ki, mən səkkiz müharibəni dayandırmışam və tarixdə heç kim bu mükafata məndən daha çox layiq deyil. Və mən bunun çox gözəl bir jest olduğunu düşündüm. Yeri gəlmişkən, düşünürəm ki, o, əla qadındır; Biz yenidən danışacağıq”.