Macarıstan – Azərbaycan oyunu başlayıb –Qapımızıdan bir top keçdi (YENİLƏNİR)

Evdə rəqibinə 1:3 hesabı ilə uduzan yığma iddialı rəqibi büdrətməyə çalışsa da, qapısında erkən qol görüb. Mixay Korxut dəqiq zərbə ilə ev sahiblərini hesabda önə keçirib.

Hesab 1-0 Macarıstanın xeyrinədir.

**

Futbol üzrə “Avro-2020”nin seçmə mərhələsi çərçivəsində Macarıstan Azərbaycan oyunu başlayıb.

Budapeştin “Groupama Arena” stadionunda keçirilən oyunda millimizin start heyətində Emil Balayev, Pavel Paşayev, Bəhlul Mustafazadə, Bədavi Hüseynov, Şəhriyar Rəhimov, Riçard Almeyda, Eddi İsrafilov, Qara Qarayev, Ramil Şeydayev, Ağabala Ramazanov və Təmkin Xəlilzadə yer alıblar.

Macarıstan yığmasının ilk on birliyində meydana Qulasi, Orban, Barath, Lovrençiç, Korxut, A.Naqi, Laszlo, Djujdak, D.Naqi, Soboslai və Salayi çıxıb.

Oyunun baş hakimi Dennis Higlerdir. Ona Yohan Balder və Yoost van Zuylen kömək edir. Bas Niyhuys isə dördüncü hakim funksiyasını yerinə yetirir. Miroslav Liba (Çexiya) hakim-inspektoru, Ariel Kennet Şayman (İsrail) isə UEFA nümayəndəsi qismindədir.

Hazırda “E” qrupunda Macarıstan 9 xalla 3-cü, Azərbaycan 1 xalla 5-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, əvvəlki matçlarda Macarıstan millisinin azarkeşlərinin irqçi davranışlarına görə, bu qarşılaşmada stadiona girməsinə qadağa qoyulub. Bu səbəbdən də matçı tribunalardan yalnız 14 yaşadək təxminən 15 min uşaq izləyəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

AMİP “Ambassador” oteldə qurultay qərarı verdi –

Sonrakı məqalə

Londonda meymunun çəkdiyi rəsmlərin sərgisi açılacaq –