Macarıstan kommunist dövrünün məxfi xidmət arxivlərini açır

Macarıstan kommunist hakimiyyəti dövrünün gizli xidmətlərinin arxivlərini açacaq.

Azpost.info-nun məlumatına görə, bu barədə Baş nazir Peter Magyar deyib. Magyar bildirib ki, hakimiyyət “macar xalqı qarşısındakı borclarını” yerinə yetirir. “Biz parlamentə kommunist dövrü gizli polisinin arxivlərini açmaq üçün qanun layihəsi təqdim etmişik. Biz bu vədi vermişik və yerinə yetirəcəyik”, – deyə o, 24 iyunda X sosial media saytında yazıb.
Onun təklifinə görə, arxivlər 23 oktyabrda qeyd olunacaq 1956-cı il Macarıstan üsyanının yatırılmasının 70-ci ildönümünə qədər açılmalıdır.

Macarıstan hansı sənədlərin məxfi saxlanılmalı olduğunu müəyyən etmək üçün fəal kəşfiyyat zabitlərindən, tarixçilərdən və arxivçilərdən ibarət müstəqil komissiya yaradacaq. Əgər bu Budapeştin AB ölkələri, Avropa İqtisadi Bölgəsi və ya NATO ilə münasibətlərinə zərər verə bilərsə, belə bir istisna edilə bilər.

Macarıstan həmin dövrə aid kəşfiyyat orqanlarının arxivlərini açıqlamayan azsaylı keçmiş sosialist ölkələrindən biri olaraq qalır.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.