Macarıstandakı səfirimiz Vilayət Quliyevin qızı vəfat edib

15 Mart 2021 - 10:30

Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyevin ailəsinə ağır itki üz verib.

Səfirin qızı Humay Quliyeva gənc yaşında vəfat edib. Quliyevanın ölüm səbəbi hələlik məlum deyil.  H.Quliyeva Azərbaycanlı Tələbələrin Avropa Forumunun (FASE) aktiv iştirakçılarından olub, müxtəlif nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlıq edib.

Allah rəhmət eləsin!