Maduro Avropa Birliyinin nümayəndəsini ölkədən qovdu –

"72 saata Venesuelanı tərk et!"
30 İyun 2020 - 09:04

Venesuela hökuməti Avropa İttifaqının sanksiyalar siyahısına 11 Venesuela rəsmisini daxil etməsindən sonra Aİ-nin Karakasdakı nümayəndəsini ölkədən çıxarmaq qərarına gəlib.

TASS-ın verdiyi məlumata görə, bu barədə ölkə prezidenti Nikolas Maduro bildirib.

“Avropa İttifaqının Karakasdakı nümayəndəsinə ölkəni tərk etməsi üçün 72 saat vaxt verməyi və Aİ-dən hörmət tələb etməyi barədə qərar verdim. Avropa müstəmləkəçiliyi və Venesuelanın təqibləri artıq yetər”, – N.Maduro “Venezolana de Television” telekanalında nümayiş etdirilən çıxışında deyib.