Magistraturaya qəbul zamanı fənlər üzrə minimal bal tələbini ödəməyənlərlə bağlıYENİLİK

Dövlət İmtahan Mərkəzi (DİM) magistraturaya qəbul imtahanının nəticəsinə qoyulan minimal bal tələbini ödəyən, lakin fənlər üzrə minimal bal tələbini ödəməyən bakalavrlara müraciət edib.

Dövlət İmtahan Mərkəzindən APA-ya verilən məlumata görə, ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının nəticəsi müvafiq ixtisas qrupları üzrə minimal bal tələbini ödəyən, lakin fənlər üzrə minimal bal tələbini ödəməyən bakalavrlara proqram və ixtisaslaşma seçimində iştirak etmək imkanı verilir.

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi və Təhsil Nazirliyinin birgə razılığına əsasən, cari ildə bütün ixtisas qrupları üzrə magistraturaya qəbul imtahanında iştirak edərək minimal bal tələbini ödəyən, lakin ayrı-ayrı fənlər üzrə minimal tələbləri ödəməyən bakalavrların ödənişli plan yerlərinin müsabiqəsində iştirak etmələrinə icazə verilib.

Xatırladaq ki, proqram və ixtisaslaşma seçimi 8 – 18 iyun 2020-ci il tarixlərində həyata keçiriləcək. “Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi” səhifəsi gün ərzində DİM-in saytında aktiv ediləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bakının Yusif Səfərov küçəsində yeni yol qovşağı yaradılır

Sonrakı məqalə

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”na məxsus avtomobildə narkotik daşınırmış