Magistraturaya sınaq imtahanının nəticələri elan edilib

Dövlət İmtahan Mərkəzi (DİM) magistratura səviyyəsi üzrə yanvarın 14-də keçirilmiş sınaq imtahanının nəticələrini elan edib.

Bu barədə DİM-dən bildirilib. Hər bir iştirakçı DİM-in internet saytına daxil olaraq imtahan nəticəsi, cavab kartı və cavab vərəqinin qrafik təsviri ilə tanış ola bilər. Bakalavrlar imtahan nəticələri barədə məlumatı iş nömrələrini mobil telefonla 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.