Mahir Emrelinin “Dinamo”ya transferinin qiyməti açıqlanıb

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin “Legiya”dan Zaqreb “Dinamo”suna transferinin qiyməti bəlli olub.

Apasport.az saytının məlumatına görə, bunu Polşa mətbuatı açıqlayıb.

Bildirilib ki, 25 yaşlı hücumçunun keçidi 1 milyon avroya gerçəkləşib. Lakin Xorvatiya klubu onun üçün pul ödəməyəcək.

Məsələ ondadır ki, Polşa klubunun “Dinamo”ya borcu qalıb. Lirim Kastratini 1,2 milyon avroya transfer edən “Legiya” zaqreblilərə cəmi 200 min ödəyib. Vəsaitin digər hissəsinin əvəzində isə Emrelinin transferi reallaşıb.

Qeyd edək ki, “Legiya” yığmamızın üzvü ilə müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verildiyini açıqlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Dolların bu günə olan məzənnəsi

Sonrakı məqalə

Dünyada koronavirusla bağlı son vəziyyət necədir? –