“Makron qəhrəman olmaq üçün avantüraya gedir” –Moskvada görüş nəticə verəcək?

“Fransa prezidenti Emmanuel Makron aprel seçkiləri öncəsi Rusiya prezidenti Vladimir Putinlə münasibətlərində böyük sıçrayış etmək və Ukraynanı rus işğalından xilas edib qəhrəman olmaq istəyir”.

Azpost.info xarici mətbuata istinadən xəbər verir ki, bu barədə “Politico” nəşri yazıb.
“Makron və Putin arasında görüş fevralın 7-də Moskvada baş tutacaq. Makron özünü rusiyalı həmkarı ilə sülh sazişi bağlaya bilən dünya lideri adlandırmaqla avantüraya gedir. Uğur qazansa, Ukraynaya hücumun qarşısını alan qəhrəmana çevriləcək. Bütün bunlar da yazda Fransada keçiriləcək prezident seçkiləri ərəfəsinə təsadüf edir”, – qəzet yazır.

Beynəlxalq münasibətlər üzrə ekspert Siril Bret isə deyir ki, Makron seçkini xarici siyasət sayəsində qazanmayacaq. Lakin bu, Makronun beynəlxalq dövlət xadimi statusunu xatırladır və ona kampaniya başlamazdan əvvəl digər namizədlərdən fərqlənməyə imkan verir: “O, Fransanın beynəlxalq arenada mövcudluğunu təmin edə bildiyini
göstərməyə çalışır”.

İddialara görə, Makron Qərb ölkələrinin Rusiyaya güzəştə getməli ola biləcəyinə eyham vurub. NATO üzvləri isə hesab edirlər ki, Rusiya yalnız güc nümayişi və Ukrayna ərazisində silah təchizatının artırılması sayəsində geri çəkiləcək.

Azpost.info

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bakıda Türkiyə-Azərbaycan birgə universitetinin yaradılması planlaşdırılır –

Sonrakı məqalə

Ukrayna İsrailin “Dəmir günbəz”ini almaq istəmədi –