Makron və Zelenski 1 milyard avroluq müqavilə imzaladı
Bu gün Ukrayna ilə Fransa arasında təqribən 1 milyard avroluq müqavilə imzalanıb.
Azpost.info xarici mətbuata istinadən xəbər verir ki, razılaşma Ukraynaya fransız lokomotivləri və yanğın-xilasetmə avadanlıqlarının tədarükünü nəzərdə tutur.
“Bu gün razılaşmaları yekunlaşdırdıq və ALSTOM şirkətinin 900 milyon avro dəyərində 130 lokomotivinin tədarükü üçün çox mühüm layihənin icrası istiqamətində real addımlar atdıq” – Ukrayna prezidenti Vladimir Zelenski fransalı həmkarı Emmanuel Makronla keçirdiyi mətbuat konfransında deyib.
Zelenski bildirib ki, Fransanın “Desautel SAS” şirkətindən Ukraynaya 300 milyon avro dəyərində 370 ədəd yanğın-xilasetmə texnikasının tədarükü ilə bağlı müqavilə də yekunlaşıb: “Nikolayev şəhərində Dövlət Sərhəd Xidməti üçün patrul katerlərinin tikintisi layihəsi həyata keçirilir. Ukrayna və Fransa milli aviadaşıyıcı yaratmaq üçün “Airbus”la əməkdaşlığı inkişaf etdirir”.
Azpost.info
