“Malayziya Asiyada terrorçular üçün tranzit ölkə olaraq qalır”- “The Straits Times”

Malayziya Yaxın Şərq və Cənub-Şərqi Aşiya bölgəsində hərəkət edən terrorçular üçün tranzit ölkə olaraq qalır.

Azərtac xəbər verir ki, bu barədə noyabrın 6-da “The Straits Times” qəzeti Malayziya Polisi Antiterrorizm İdarəsi rəisinin müavini Ayub Xana istinadla məlumat yayıb.

A.Xan bildirib ki, bunun səbəbi Yaxın Şərq və Afrika ölkələrinə viza rejiminin tətbiq edilməməsi və ya sadələşdirilməsidir.

Rəis müavininin sözlərini sitat gətirən qəzet yazır: “2013-cü ildən Malayziyada 38 əcnəbi yaraqlı həbs olunub. Bunların bir qismi ölkədən deportasiya edilib, digər qismi isə müxtəlif müddətə həbs olunub”.

A.Xan bildirib ki, həmin dövrdə ölkədə müxtəlif ekstremist qruplar tərəfindən planlaşdırılan təqribən 25 terror aktı cəhdinin qarşısı alınıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Azərbaycanda insanlar mənşəyi məlum olmayan şprislər alır”

Sonrakı məqalə

Özbəkistanın sərhəd qurumu: