“Mançester Siti” səfərdə “Çelsi”ni məğlub edib

04 Yanvar 2021 - 02:38

Yanvarın 3-də futbol üzrə İngiltərə Premyer Liqasının 17-ci turunun mərkəzi qarşılaşması keçirilib.

“Çelsi” klubu öz meydanında “Mançester Siti” komandasını qəbul edib.

Görüş qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb. Mançester təmsilçisinin heyətində İlkay Gündoğan, Fil Foden və Kevin de Brüyne, London təmsilçisində isə Kallum Hadson-Odoi fərqləniblər.

Bu qələbə sayəsində “Mançester Siti” xal ehtiyatını 29-a çatdıraraq 5-ci yerdə, “Çelsi” isə 26 xalla 8-ci yerdə qərarlaşıb.