Maradona ilə vida mərasimində 1 milyon insanın iştirakı gözlənilir

26 Noyabr 2020 - 13:43

Əfsanəvi futbolçu Dieqo Maradona ilə vida mərasimi Argentina prezidentinin rəsmi iqamətgahında baş tutacaq.

Apasport.az saytının məlumatına görə, tədbirdə böyük kütlə olacaq.

Mərasimdə təxminən 1 milyon insanın iştirakı gözlənilir və hazırda təşkilati məsələlər nəzərdən keçirilir. Mərasim mərhumun ailəsi ilə artıq razılaşdırılıb. Dieqonun cənazəsi artıq prezident sarayına aparılıb.

Qeyd edək ki, Dieqo Maradona noyabrın 25-də evində vəfat edib.