“Maradona Messinin əldə etdiyinin 1 faizini qazanmayıb” –Əfsanəvi qapıçı Çilavert

Paraqvay futbolunun əfsanəvi qapıçısı Xose Luis Çilavert argentinalı Lionel Messi ilə Dieqo Maradonanı müqayisə edib.

Apasport.az saytının məlumatına görə, o, qazanılan uğurlara əsasən Messini həmyerlisindən üstün sayır.

Çilavertin fikrincə, “Barselona”nın kapitanı dünyanın ən yaxşı futbolçusudur: “Messi, şübhəsiz ki, dünyanın ən yaxşısıdır. Maradona onun əldə etdiklərinin 1 faizini belə qazana bilməyib. Leo İspaniya millisinin seçib dünya çempionu ola bilərdi və vətən xaini elan olunardı. Ancaq o, Argentinaya sadiq qaldı. Buna görə, bütün argentinalılar Messiyə minnətdar olmalıdırlar”.

Qeyd edək ki, Maradona 1986-cı ildə dünya çempionu olub. Messi isə 4 dəfə Çempionlar Liqasını qazanıb, 6 dəfə “Qızıl top”a layiq görülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Rusiyada azərbaycanlı tələbəni öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb

Sonrakı məqalə

Neft yenidən ucuzlaşıb