Maradonanın oğlu atasının ölüm xəbərindən huşunu itirdi –

Reanimasiyaya yerləşdirildi
26 Noyabr 2020 - 11:25

Ötən gün ürək tutmasından vəfat edən əfsanəvi futbolçu Dieqo Armando Maradonanın kiçik oğlu Dieqo atasının ölüm xəbərini eşitdikdən sonra xəstəxanaya yerləşdirilib.

Bu barədə jurnalist Tankerdi Palmeri Tvitter hesabında məlumat verib.

O qeyd edib ki, mətbuat Maradonanın ölümündən sonra Dieqoya zəng edərək münasibət öyrənmək istəyib. Atasının ölüm xəbərini jurnalistdən eşidən Dieqonun vəziyyəti pisləşib və o reanimasiyaya qaldırılıb. (Qafqazinfo)