Maradonanın ölümü ilə bağlı yeni iddia:“Yıxılıb, başı yerə möhkəm dəyib"

Əfsanəvi futbolçu Dieqo Maradonanın ölümü ilə bağlı yeni iddia ortaya atılıb.

Apasport.az saytının məlumatına görə, argentinalıya baxan tibb bacısı Dahiana Gisela Madridin vəkili Rodolfo Bake ölümü bir həftə əvvəl baş verən hadisə ilə əlaqələndirib.

Dindirilən tibb bacısını müdafiə edən vəkilin fikrincə, Maradona hadisədən bir həftə əvvəl yıxılıb: “Yıxılarkən başı yerə möhkəm dəyib. Ancaq müayinə və rentgen üçün xəstəxanaya aparılmayıb. Son günlərində ürək döyüntüləri artsa da, təcili tibbi yardıma dəfələrlə zənglər olsa da, buna ciddi yanaşılmayıb”.

Qeyd edək ki, noyabrın 25-də evində ürək çatışmazlığından vəfat edən Dieqo Maradonanın ölümü ilə bağlı onun həkimi, tibb bacısı və mühasibi ilə bağlı istintaq başladılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanla Ermənistan arasında əsirlərin dəyişdirilməsi prosesi davam edir –

Sonrakı məqalə

“Qarabağdakı sülhməramlıların səlahiyyətləri tərəflər arasında həll olunmalıdır” –