Keçmiş Almaniya kansleri Angela Merkel Berlində alış-veriş edərkən pulqabısını oğurlayıblar.
Azpost.info xəbər verir ki, bu barədə “dpa” agentliyi məlumat yayıb.
Hadisə Şarlottenburq rayonunda yerləşən supermarketвə baş verib. Pulqabıda şəxsiyyət vəsiqəsi, debet kartı, sürücülük vəsiqəsi və nağd pul olub. Merkelin ofisi məsələ ilə bağlı şərh verməkdən imtina edib. Məlumata görə, alış-veriş zamanı keçmiş kansleri Federal Cinayət İdarəsinin mühafizəçisi müşayiət edib. Merkelin pulqabısı isə ərzaq arabasına asılmış çantada olub. Polis hadisə ilə bağlı araşdırma aparır.
Azpost.info