Masallıda 16 yaşlı qıza nişan keçirmək istəyən valideynlər polisə aparılıb
Masallı rayonunda 16 yaşlı qızla 31 yaşlı oğlana nişan mərasimi keçirmək istəyiblər.
Bu gün rayonun Sığınacaq kəndində nişan üçün hazırlıq görülüb.
Hadisədən xəbər tutan polis əməkdaşları qızın və oğlanın valideynlərini polis şöbəsinə aparıblar.
Faktla bağlı araşdırma aparılır. (APA)
