Masallıda 3 bal gücündə zəlzələ baş verib

Dekabrın 17-də Masallı rayonunda maqnitudası 3 olan zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən yeraltı təkanlar yerli vaxtla saat 07:13-də qeydə alınıb.

Zəlzələ ocağı 14 kilometr dərinlikdə yerləşib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti Brüsselə səfər getdi

Sonrakı məqalə

SSRİ və ABŞ-dan sonra Çin kosmik gəmisi Aya enib –