Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Masallıda gənc ailələrə dəstək layihəsi ilə bağlı tədbir keçirilib –

User 22 Avqust 2024 - 15:50 (Last updated: 21 May 2025 - 20:15)
mas01

Təhsilə və Uşaqlara Yardım İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Gənc ailələrə mənəvi dəstək” adlı layihənin icrasını davam etdirir.

3 ay müddətində Masallı rayonunda (Ərkivan qəsəbəsi, Seybətin, Şərəfə, Həsənli, Səmidxan kəndlərində) həyata keçiriləcək layihənin məqsədi gənclərə milli-mənəvi, əxlaqi dəyərləri mühafizə etməyi, milli ailə dəyərlərinini özündə ehtiva edən müasir ailə qurmağı və qorumağı təlqin etməkdir. Layihədən gözlənilən dəyişiklik- müasir ailə modelində milli ailəyə xas olan milli-mənəvi, əxlaqi dəyərlərin qorunub saxlanması və gələcək nəsillərə çatdırılması üçün bu günkü gəncliyin rol və vəzifələrini bir daha dərk etmələridir.

Layihə çərçivəsində növbəti tədbir avqustun 10-da Masallı rayonunun Həsənli kəndində keçirilib. 20 nəfərin iştirak etdiyi tədbiri Təhsilə və Uşaqlara Yardım İB-nin sədri Ələsgər Hüseynov açıb.

Tədbirin təlimçisi Nabat Qəniyeva iştirakçılara 2 vərəq paylayıb. Paylanan vərəqlərin birində “Milli-mənəvi və əxlaqi dəyərləri necə başa düşürsunuz?”, digərində isə “Ailə təməli hansı amillərə söykənərək qurulmalıdır?”suallarına cavab yazmaları xahiş olunub. Müzakirələr zamanı verilən cavablar oxunub, ümumiləşdirilib və təhlil edilib.

Tədbirdə müzakirələr aşağıdakı mövzular istiqamətində aparıldı;

-Milli-mənəvi, əxlaqi dəyərlər; tarixi köklərimiz

-Milli ailə və müasir ailələr haqda düşüncələr

-Ailədaxili münasibətlər (hörmət, güzəşt, qayğı, şiddət və s ) və nəticələr- gənclərin düşüncəsində və mütəxəsislərin gözü ilə.

-Boşanmalar və fəsadlar- gənclərin düşüncəsində və mütəxəsislərin gözü ilə.

-Böyüklərin tövsiyyəsi müasir gənclərə nə verir?

-Qarışıq ailələr və milli ailə dəyərləri.

-Qloballaşma və mədəni inteqrasiya şəraitində sosial şəbəkələr- zərurət yaxud milli-mənəvi, əxlaqi dəyərlərə zərbə (Gənclərin ailə həyatı qurmasında, boşanmada və tanışlıq-dostluq və s prosesində rolu)

Müzakirələr zamanı iştirakçıların bir qismi, ailələrin dağılmasında səbəb kimi daha çox ailədə dözümlülüyün olmamasını göstəriblər.

Digər qism, iqtisadi vəziyyətin çətin olmasını, iş yerlərinin olmaması səbəbindən kişinin evə az qazanc gətirməsi və bu səbəbdən hörmətdən düşməsi səbəbini göstəriblər.

Gənc oğlanlar indiki qızların tələblərinin daha çox olduğunu önə çəkiblər.

Bu və digər mövzularla bağlı müzakirələr keçib.

Sonda iştirakçıların tədbirin əvvəlində verilən suallara cavabları ümumiləşdirilərək oxunub.

İştirakçılar çay süfrəsi arxasında mövzu ilə bağlı söhbətlərini davam etdirib.

Post navigation

Previous: Masallıda gənc ailələrə dəstək layihəsi ilə bağlı tədbir keçirilib –
Next: Prezident İlham Əliyev və birinci xanım Özbəkistana rəsmi səfərə gedib

Oxşar xəbərlər

həbsxana
  • Sosial

Azərbaycanda həbsxanada 21 uşaq dünyaya gəlib

User 29 Oktyabr 2026 - 10:29
sebine ombudsman
  • Sosial

Sabah Milli Məclis Yeni Ombudsmanı seçəcək

User 29 Oktyabr 2026 - 10:21
dava
  • Sosial

Bakıda məktəbdə çəkiliş edən jurnalistlər zorakılığa məruz qalıb – VİDEO

User 28 Oktyabr 2026 - 22:05

xƏBƏR

həbsxana
  • Sosial

Azərbaycanda həbsxanada 21 uşaq dünyaya gəlib

User 29 Oktyabr 2026 - 10:29
Son 6 ildə həbsxanalarda 21 uşaq dünyaya gəlib. Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Modern.az-a bildirilib ki, 4 saylı...
Read more about Azərbaycanda həbsxanada 21 uşaq dünyaya gəlib
Azərbaycanda 119 nəfər saxlanıldı – 94-ü borclu şəxslərdir polis
  • Kriminal

Azərbaycanda 119 nəfər saxlanıldı – 94-ü borclu şəxslərdir

User 29 Oktyabr 2026 - 10:26
Sabah Milli Məclis Yeni Ombudsmanı seçəcək sebine ombudsman
  • Sosial

Sabah Milli Məclis Yeni Ombudsmanı seçəcək

User 29 Oktyabr 2026 - 10:21
Rusiya, Ukrayna və ABŞ arasında danışıqların vaxtı açıqlandı rus ukr danisiq
  • Dünya

Rusiya, Ukrayna və ABŞ arasında danışıqların vaxtı açıqlandı

User 29 Oktyabr 2026 - 10:13
İrana yeni zərbə planı – ABŞ Körfəz ölkələrini xəbərdar etdi abs iran savas
  • Dünya

İrana yeni zərbə planı – ABŞ Körfəz ölkələrini xəbərdar etdi

User 29 Oktyabr 2026 - 09:35
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.