Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Masallıda gənc ailələrə dəstək layihəsi çərçivəsində tədbir keçirilib –

User 21 Avqust 2024 - 21:40 (Last updated: 21 May 2025 - 20:15)
mas01

Təhsilə və Uşaqlara Yardım İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Gənc ailələrə mənəvi dəstək” adlı layihə həyata keçirir.

3 ay müddətində Masallı rayonunda (Ərkivan qəsəbəsi, Seybətin, Şərəfə, Həsənli, Səmidxan kəndləri) həyata keçiriləcək layihənin məqsədi gənclərə milli -mənəvi, əxlaqi dəyərləri mühafizə etməyi, milli ailə dəyərlərinini özündə ehtiva edən müasir ailə qurmağı və qorumağı təlqin etməkdir. Layihədən gözlənilən dəyişiklik- müasir ailə modelində milli ailəyə xas olan milli-mənəvi, əxlaqi dəyərlərin qorunub saxlanması və gələcək nəsillərə çatdırılması üçün bu günkü gəncliyin rol və vəzifələrini bir daha dərk etmələridir.

Layihə çərçivəsində avqusqun 3-də Masallı rayonu Şərəfə kəndində keçirilən tədbirdə 21 nəfər iştirak edib. Tədbiri Təhsilə və Uşaqlara Yardım İB-nin sədri Ələsgər Hüseynov açıb.

Tədbirin təlimçisi Nabat Qəniyeva iştirakçılara 2 vərəq paylayıb. Paylanan vərəqlərin birində “Milli-mənəvi və əxlaqi dəyərləri necə başa düşürsunuz?”, digərində vərəqdə isə “Ailə təməli hansı amillərə söykənərək qurulmalıdır?”suallarına cavab yazmaları xahiş olunub. Müzakirələr zamanı verilən cavablar oxunub, ümumiləşdirilib və təhlil edilib.

Tədbirdə müzakirələr aşağıdakı mövzular istiqamətində aparıldı;

-Milli-mənəvi, əxlaqi dəyərlər; tarixi köklərimiz

-Milli ailə və müasir ailələr haqda düşüncələr

-Ailədaxili münasibətlər (hörmət, güzəşt, qayğı, şiddət və s ) və nəticələr- gənclərin düşüncəsində və mütəxəsislərin gözü ilə.

-Boşanmalar və fəsadlar- gənclərin düşüncəsində və mütəxəsislərin gözü ilə.

-Böyüklərin tövsiyyəsi müasir gənclərə nə verir?

-Qarışıq ailələr və milli ailə dəyərləri.

-Qloballaşma və mədəni inteqrasiya şəraitində sosial şəbəkələr- zərurət yaxud milli- mənəvi, əxlaqi dəyərlərə zərbə (Gənclərin ailə həyatı qurmasında, boşanmada və tanışlıq-dostluq və s prosesində rolu )

Müzakirələr zamanı iştirakçıların bir qismi, ailələrin dağılmasında səbəb kimi daha çox ailədə dözümlülüyün olmamasını göstəriblər.

Digər qism, iqtisadi vəziyyətin çətin olmasını, iş yerlərinin olmaması səbəbindən kişinin evə az qazanc gətirməsi və bu səbəbdən hörmətdən düşməsi səbəbini göstəriblər.

Gənc oğlanlar indiki qızların tələblərinin daha çox olduğunu önə çəkiblər.

Bu və digər mövzularla bağlı müzakirələr keçib.

Sonda iştirakçıların tədbirin əvvəlində verilən suallara cavabları ümumiləşdirilərək oxunub.

İştirakçılar çay süfrəsi arxasında mövzu ilə bağlı söhbətlərini davam etdirib.

Post navigation

Previous: Joao Feliksin “Çelsi”yə keçidi rəsmiləşib
Next: Fransada yeni Baş nazirlə bağlı sorğu keçirilib

Oxşar xəbərlər

həbsxana
  • Sosial

Azərbaycanda həbsxanada 21 uşaq dünyaya gəlib

User 29 Oktyabr 2026 - 10:29
sebine ombudsman
  • Sosial

Sabah Milli Məclis Yeni Ombudsmanı seçəcək

User 29 Oktyabr 2026 - 10:21
dava
  • Sosial

Bakıda məktəbdə çəkiliş edən jurnalistlər zorakılığa məruz qalıb – VİDEO

User 28 Oktyabr 2026 - 22:05

xƏBƏR

ceyhun fidan
  • Siyasət

Ceyhun Bayramov TDT XİN Şurasının iclasında iştirak edib

User 29 Oktyabr 2026 - 12:29
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada Türk Dövlətləri Təşkilatı (TDT) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak...
Read more about Ceyhun Bayramov TDT XİN Şurasının iclasında iştirak edib
Tramp İranla danışıqların bərpası barədə Vensə göstəriş verdiyini təkzib etdi Avropanın çığır-bağırı Trampın vecinə də deyil
  • Dünya

Tramp İranla danışıqların bərpası barədə Vensə göstəriş verdiyini təkzib etdi

User 29 Oktyabr 2026 - 11:18
Ceyhun Bayramov Türkiyəyə getdi ceyhun ukr
  • Siyasət

Ceyhun Bayramov Türkiyəyə getdi

User 29 Oktyabr 2026 - 11:09
Azərbaycanda həbsxanada 21 uşaq dünyaya gəlib həbsxana
  • Sosial

Azərbaycanda həbsxanada 21 uşaq dünyaya gəlib

User 29 Oktyabr 2026 - 10:29
Azərbaycanda 119 nəfər saxlanıldı – 94-ü borclu şəxslərdir polis
  • Kriminal

Azərbaycanda 119 nəfər saxlanıldı – 94-ü borclu şəxslərdir

User 29 Oktyabr 2026 - 10:26
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.