“İlon Mask narkotikdən istifadə edir, milyardlarını riskə atır”- “The Wall Street Journal”

“İlon Mask narkotik vasitələrdən istifadə edir və bu asılılıq onun milyardlarla dollarlıq biznesinə və tərəfdaşlarına mənfi təsir göstərə bilər”.

Azpost.info xəbər verir ki, bu barədə “The Wall Street Journal” “Tesla” və “SpaceX” direktorlar şurası üzvlərinə istinadən yazır.

Nəşr qeyd edir ki, 2018-2021-ci illərdə amerikalı sahibkar müxtəlif ölkələrdə bir neçə qapalı məclisdə iştirak edib və orada müxtəlif qadağan olunmuş maddələrdən istifadə edib.

“Mask yüzlərlə əməkdaşının qarşısında çıxış etməli idi, lakin bir saat gecikdi və səhnədə danışarkən çaşdı”, – qəzet yazır.

Bundan başqa, top-menecerlərdən biri Maskın bu zərərli vərdişinə görə şirkəti tərk edib.

6 şirkət, təxminən 1 trilyon dollar dəyərində aktivlər, on minlərlə iş yeri və ABŞ-ın kosmik proqramının bir hissəsi Maskın sağlamlığından asılıdır. Sahibkarın yaxın ətrafı hesab edir ki, bu cür davranış həm onun nüfuzuna, həm də bütün biznesinə xələl gətirir.

Azpost.info

 

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.