Amerikalı videobloger Ceyk Pol və əfsanəvi boksçu Mayk Tayson arasında döyüş keçirilib.
Döyüş açıqlandığı vaxtdan daha gec başlayıb.
60 yaşlı Tayson 8 raundda ayaq üstündə qalmağı bacarsa da, qarşılaşma Ceyk Polun qələbəsi ilə başa çatıb – 79:73.
Qeyd edək ki, Tayson çəki mərasimində daha ağır gəlib. O, 103,41 kq, Pol isə 102,96 kq olub.
Qeyd edək ki, 58 yaşlı Tayson peşəkar karyerası ərzində 56 döyüş keçirib, bunların 50-də qələbə qazanıb, 6 qarşılaşmada isə məğlub olub. Boksçu peşəkar karyerasını 2005-ci ildə başa vurub.
27 Ceyk Pol isə indiyədək peşəkar səviyyədə 11 döyüş keçirib, bunların 10-da qələbə qazanıb, 1-də isə məğlub olub.