“2022-ci ilin sonuna qədər MDB ölkələrinin ticarət dövriyyəsi 100 milyard dollar olacaq”.
Azpost.info xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin bildirib.
“Ötən il dövlətlərimizin çoxşaxəli qarşılıqlı fəaliyyəti bütövlükdə uğurla inkişaf edib. Bunu MDB ölkələri arasında ticarət dövriyyəsinin davamlı artımı təsdiqləyir. Dövriyyə yanvar-oktyabrda o, 6,6 faiz artaraq 81,5 milyard dollara çatıb. Bu ilin sonuna onun 100 milyard dollara çatacağını gözləməyə əsas var”, – Putin bildirib.
Onun sözlərinə görə, MDB ölkələri milli valyutalarda hesablaşmalara daha fəal keçməyə başlayıblar. Putin qeyd edib ki, dostluq şəraitində keçən qeyri-rəsmi sammit MDB-yə üzv dövlətlərin liderlərinin bir-biri ilə əməkdaşlığı inkişaf etdirmək niyyətini vurğulayır.
Azpost.info