Mehriban Əliyeva Ayaz Mütəllibovun dəfninin təşkili ilə bağlı göstəriş verib

Ötən gecə dünyasını dəyişən eks-Prezident Ayaz Mütəllibovun dəfn mərasiminə hazırlıq prosesi başlayıb.

Bu barədə “Bizim.Media”ya Mütəllibovun köməkçisi Qulu Həsənoğlu məlumat verib.

Onun sözlərinə görə, sabiq dövlət başçısının nəşi Birinci vitse-prezident Mehriban Əliyevanın xüsusi tapşırığı ilə “Heydər” məscidinə aparılıb:

“Sağ olsun dövlətimiz, Ayaz müəllimin dəfn mərasimini boynuna götürüb. Cənazəni “Heydər” məscidinə apardıq. Bakı Şəhər İcra Hakimiyyətindən də nümayəndələr gəlmişdi”.

Xatırladaq ki, 84 yaşında dünyasını dəyişən Ayaz Mütəllibov uzun müddətdir ki, yüksək qan təzyiqindən əziyyət çəkirdi.

Əvvəlki məqalə

Nazir İnam Kərimov Lənkəranda vətəndaşları qəbul edəcək –

Sonrakı məqalə

Polad Həşimovun xanımı bu qurumda işə qəbul olundu