Mehriban Əliyeva Mixail Qusmanı 70 illik yubileyi münasibətilə təbrik edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “İnstagram” səhifəsində TASS agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmanı 70 illik yubileyi münasibətilə təbrik edib.

APA-nın xəbərinə görə, Mehriban Əliyeva çoxşaxəli istedadı, tükənməz enerjisi, yorulmaz fəaliyyəti və daim yeni yaradıcı zirvələri fəth etmək səyləri sayəsində Mixail Qusmanın cavan qalmağı bacardığını, nikbinlik və xeyirxahlığını itirməməyə müvəffəq olduğunu qeyd edib.

Birinci vitse-prezident vurğulayıb ki, Mixail Qusman əsl vətənpərvər kimi Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında mövcud olan dostluq münasibətlərinin möhkəmlənməsinə böyük töhfə verib.

Birinci vitse-prezident Mehriban Əliyeva Mixail Qusmanı yubileyi münasibətilə səmimi qəlbdən təbrik edib, ona və ailəsinə möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq arzulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“İran bölgənin mənafeyi və sabitliyi üçün atılacaq hər bir addımı dəstəkləyir”

Sonrakı məqalə

Bakıda yaradılan mərkəzi rayonun yerləşəcəyi ərazilər