Mehriban Əliyeva müəllimləri təbrik etdi:"Məsuliyyətli işinizə görə sizə təşəkkür edirəm"

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə müəllimləri təbrik edib.
Təbrikdə deyilir:
“Əziz müəllimlərimiz, Sizi Beynəlxalq Müəllimlər Günü münasibətilə ürəkdən təbrik edirəm. Müəllimlik olduqca hörmətli peşədir. Gənc nəslin yetişməsi məhz sizdən, sizin yüksək peşəkarlığınızdan asılıdır.
Əlbəttə, hər kəs öz məktəb və tələbəlik illərini, gözəl müəllimlərini xüsusi minnətdarlıq hissi ilə xatırlayır. Sizin müdrikliyinizin və səbrinizin layiqli qiymətini yalnız illər keçdikcə vermək mümkündür. Uşaqlara və gənclərə göstərdiyiniz sevgiyə və məsuliyyətli işinizə görə sizə təşəkkür edirəm.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, əmin-amanlıq və uğurlar arzulayıram”.
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

YAP-çı deputatdan Murad Dadaşova etiraz:

Sonrakı məqalə

Ofelya Sənani infarkt diaqnozu ilə xəstəxanaya yerləşdirilib-