Mehriban Əliyeva şagirdləri Bilik Günü münasibəti ilə təbrik edib

Birinci vitse-prezident Mehriban Əliyeva “İnstagram” səhifəsində şagird, tələbə, müəllim və valideynləri Bilik Günü münasibəti ilə təbrik edib.

Birinci vitse-prezident bildirib ki, 15 sentyabr -Bilik Günü yeni dərs ilinin, böyük, məsuliyyətli və çox maraqlı işin başlanğıcıdır:

“Qoy, yeni dərs ili sizə təhsilinizdə böyük uğurlar, maraqlı görüşlər və ixtiralar gətirsin, hər bir məktəbli, tələbə və müəllim üçün uğurlu və məhsuldar olsun. Sizə xoşbəxtlik, möhkəm cansağlığı və yeni-yeni nailiyyətlər arzulayıram. Əziz dostlar, Bilik Gününüz mübarək!”. (APA)

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Milli Məclisin sabiq deputatı vəfat edib

Sonrakı məqalə

Xurafatdan vəhdətə aparan missiya –