Mehriban Əliyeva Vasim Məmmədəliyevin hüzr mərasimində iştirak edib –FOTO

Oktyabrın 15-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva görkəmli şərqşünas alim, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Əməkdar elm xadimi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Vasim Məmmədəliyevin hüzr mərasimində iştirak edib.

Birinci vitse-prezident Mehriban Əliyeva akademik Vasim Məmmədəliyevin hüzr mərasimində iştirak etmək üçün paytaxtdakı Təzə Pir məscidinə gəlib.

Mehriban Əliyeva Vasim Məmmədəliyevin ailə üzvləri ilə görüşüb, Prezident İlham Əliyevin adından və öz adından onlara dərin hüznlə başsağlığı verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Barselona aeroportunda reyslər ləğv edilir

Sonrakı məqalə

Elmlər Akademiyasında alimlərdən ibarət musiqi ansamblı yaradılacaq