Mehriban Əliyeva Vasim Məmmədəliyevin vəfatı münasibəti ilə başsağlığı verib

Birinci vitse-prezident Mehriban Əliyeva akademik Vasim Məmmədəliyevin vəfatı münasibəti ilə başsağlığı verib.

Birinci vitse-prezidentin “İnstagram” səhifəsində paylaşılan başsağlığında deyilir: “Dünya şöhrətli şərqşünas-alim, müsəlmanların müqəddəs kitabı olan Qurani-Kərimin Azərbaycan dilinə tərcüməçilərindən biri, Əməkdar elm xadimi, akademik Vasim Məmmədəliyev dünyasını dəyişib. Çox yüksək intellektə və nadir mənəvi keyfiyyətlərə malik insan – Vasim müəllim elm dünyasında şübhəsiz nüfuz sahibi idi. Onun Azərbaycanda şərqşünaslığın inkişafında müstəsna xidmətləri var. Dahi tədqiqatçı alim və istedadlı müəllim olan Vasim Məmmədəliyev Azərbaycan elminin çoxəsrlik ənənələrinin davamçısı idi.
Akademik Vasim Məmmədəliyevin vəfatı bizim hamımız üçün çox böyük itkidir. Böyük alimin əziz xatirəsi daim qəlbimizdə yaşayacaq. Allah rəhmət eləsin!”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Suriyada öldürülən terrorçuların sayı 550-yə çatıb –

Sonrakı məqalə

BMT-də Türk Şurasına status verilməsi istiqamətində iş davam edir