Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı Mehriban Ələkbərzadəyə yeni vəzifə verilib. O, "Azərbaycan Televiziya və radio Verilişləri" QSC-nin bədii rəhbəri təyin olunub. Mehriban Ələkbərzadə Oxu.Az-a açıqlamasında xəbəri təsdiqləyib. "Məlumat doğrudur. Bu gündən işimin başındayam. AzTV-də bədii rəhbər vəzifəsini icra edirəm. Yeni mərhələdə görəcəyimiz işlər çoxdur", - deyə M.Ələkbərzadə bildirib./Oxu.az/

AzPost.az