Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva 28 May - Azərbaycanın Müstəqillik Günü ilə bağlı paylaşım edib. Paylaşımda deyilir: "Əziz həmvətənlər! Müstəqillik Günü münasibətilə sizi təbrik edir, hər birinizə cansağlığı və xoşbəxtlik, ölkəmizə sülh, əmin-amanlıq və tərəqqi arzulayıram! Qoy Azərbaycanın dövlət müstəqilliyi əbədi və sarsılmaz olsun! Uca Tanrı Vətənimizi qorusun!"  

AzPost.az