Mehriban Əliyeva bürünc medal qazanan Raman Saleyi təbrik edib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Azərbaycan paraüzgüçüsü Raman Saleyin “Paris-2024” Yay Paralimpiya Oyunlarında bürünc medal qazanması ilə bağlı paylaşım edib.

Paylaşımda deyilir: “Raman Saleyin növbəti qələbəsi! Bürünc medal! İdmançımızın əldə etdiyi medallar məharətin, güclü iradənin və qələbə əzminin layiqli mükafatıdır! Paraüzgüçünü səmimi-qəlbdən təbrik edir, ona yeni-yeni qələbələr və nailiyyətlər arzulayıram!”

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.