Mehriban Əliyeva paraatlet Səid Nəcəfzadəni qızıl medal qazanması münasibətilə təbrik edib

mehriban eliyeva muraci

Birinci vitse-prezident Mehriban Əliyeva Paraatlet Səid Nəcəfzadəni “Paris-2024” Yay Paralimpiya Oyunlarında qızıl medal qazanması münasibətilə paylaşım edib.

Paylaşımda deyilir:

“Paraatlet Səid Nəcəfzadəni “Paris-2024” Yay Paralimpiya Oyunlarında qızıl medal qazanması münasibətilə təbrik edirəm! Peşəkarlıq və qətiyyət nümayiş etdirən idmançımız Azərbaycan azarkeşlərinin ümidlərini doğrultdu! Çempionu səmimi-qəlbdən təbrik edir, ona yeni nailiyyətlər arzulayıram!”