Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Parisdə keçirilən Paris-2024 Yay Paralimpiya Oyunlarında ölkəmizi təmsil edən Azərbaycanın Parataekvondoçu Sabir Zeynalovla bağlı paylaşım edib.
Paylaşımda deyilir:
“Parataekvondoçu Sabir Zeynalov “Paris-2024” Yay Paralimpiya Oyunlarında Azərbaycana ilk medalı qazandırdı! Bürünc mükafatçını səmimi-qəlbdən təbrik edir, milli yığmamızın bütün üzvlərinə güc, enerji, yeni-yeni nailiyyətlər və qələbələr arzulayıram!”
Parataekvondocumuz Sabir Zeynalov (K-44 -58 kq) Paris-2024 Yay Paralimpiya Oyunlarının bürünc mükafatını əldə edib.
Təmsilçimiz Tailandlı rəqibi Thanva Kaenkham üzərində 12:4 hesablı inamlı qələbə qazanıb.
Qeyd edək ki, 19 yaşlı idmançımız ilk medalı komandamızın aktivinə yazdırıb.