Meksikanın cənubunda 7,1 bal gücündə zəlzələ baş verib.
Bu barədə Meksikanın Milli Seysmoloji Xidməti məlumat yayıb.
Seysmoloqların bildirdiyinə görə, zəlzələnin episentri Oaxako ştatının Krusesita şəhərindən cənub-şərqdə, 12 kilometr dərinlikdə yerləşib. Şəhərdəki təkanlar yüngül hiss olunub. Sakinlərə hələ mənzillərinə keçmək tövsiyə olunmayıb.
ABŞ-da Sunami təhlükəsi haqqında milli Mərkəz zəlzələdən sonra Meksikanın, Salvadorun və Qvatemalanın qərb sahilləri üçün sunami həyəcanı barədə məlumat yayıb.