Meksikada güclü zəlzələ nəticəsində 4 nəfər ölüb

Meksikada qeydə alınmış 7,5 maqnitudalı zəlzələ nəticəsində 4 nəfər ölüb.

“RİA Novosti” xəbər verir ki, bu barədə Meksikanın Oaxaka ştatının qubernatoru Alexandro Murat özünün “Twitter” səhifəsində bildirib.

“Zəlzələ nəticəsində dörd nəfərin ölməsinə dair məlumat var. Biz regionun xəstəxanalarında, xüsusilə episentrin yerləşdiyi Uatulkoda zəlzələnin yaratdığı fəsadları qiymətləndirməyə çalışırıq”, – deyə qubernator yazıb.

Qeyd edək ki, 7.1-7.7 maqnituda kimi qiymətləndirilən zəlzələnin episentri Oaxaka ştatının Krusesita şəhərindən 23 km cənubda baş verib. Yeraltı təkanlar burada bir sıra fəsadlar da törədib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Kuruluş Osman” mövsümü sabah tamamlayır –

Sonrakı məqalə

Səudiyyə Ərəbistanında koronavirus xəstələrini robot -həkim müalicə edir –